10 Yanvar 2016 22:23
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: