16 Fevral 2016 00:08
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç - peşəkar fəaliyyətinizlə bağlı məsələlərdə ehtiyatlı olun. Çətin gündür. Həll edəcəyiniz problemlər də asan və sadə deyil. Unutmayın ki, diqqətsizlik etsəniz, bədxahlarınızın mütləq şəkildə faydalanacağı səhvlərə yol verəcəksiniz. Müstəqil hərəkət etmək imkanı varsa, yardım gözləməyin. Kimsəyə bel bağlamayın. Önəmli məsləhətləri qulaqardına vurmayın.

Buğa - yaşlı qohumlarınız sizdən tənqidlərini əsirgəməyəcəklər. Onların sərt açıqlamaları istisna deyil. Sərt və aqressiv olmayın, güzəştə gedin. Münasibətlərdə rəvanlığı qorusanız, səyləriniz əbəs olmayacaq. Yalnız kəskin ehtiyac yaranarsa, səfərə çıxın və ehtiyatlı davranın.

Əkizlər - başqalarının əməyindən istifadə edərək niyyətinizə çatmağa adət etdiyiniz müstəvidə çətinliklər və ciddi problemlər yarana bilər. Müstəqil hərəkət edin, təkbaşına çalışın. Bilik və bacarıqlarınıza arxalanın. Uğur işə başladığınız əhval-ruhiyyədən asılıdır. Çətinliklər və problemlər sizi qorxutmasın.

Xərçəng - iş yerini dəyişmək barədə düşünməzdən əvvəl aldığınız təklifi diqqətlə götür-qoy edin. Səfər uğurlu olacaq. Uzaqda yaşayan dostlar və ya qohumlara baş çəkmək olar. Dəvət aldığınız yerə gedin. Diqqət mərkəzində olacaqsınız.

Şir - fəaliyyətinizi təhlil edin, cari məsələlərin həllinə ciddi yanaşın. Səhər saatlarından etibarən aktiv olun, yarımçıq işləri tamamlayın. Kollektiv fəaliyyət, fiziki iş və verilmiş vədlərin yerinə yetirilməsi üçün uğurlu gündür. İstirahət və əyləncəni hələlik təxirə salın.

Qız - peşəkar münasibətlər və şəxsi əlaqələr müstəvilərindəki problemləri həll etmək üçün uğurlu gündür. Məntiqli olun, soyuqqanlı davranın. Addımlarınızın mümkün sonuclarını qismən də olsa, dəqiq qiymətləndirməyə çalışın. Son vaxtlara qədər ehtiyat etdiyiniz insanlarla asanlıqla dil tapacaqsınız. Danışıq, müzakirə və sövdələşmələr yaxşı başa çatacaq. Anlaşma, sifariş, müqavilə, uzunmüddətli sövdələşmə istisna deyil.

Tərəzi - informasiyanın sayı artır. Ünsiyyət fərqli və müxtəlif olacaq. Bütün bunlar sizi yora bilər. Usanmayın, səbr kasanızın daşmasına imkan verməyin. Şəxsi həyatınız və maraqlarınıza müdaxiləyə imkan verməmək üçün müdafiə sistemi yaradın. İnternetdəki əlaqələr və ünsiyyət faydalı ola bilər.

Əqrəb - ayın sonunadək görüləsi işlərin təxmini, ehtimal planını hazırlayın. Daha sərfəli sifarişlə bağlı təklifləri nəzərdən keçirin, ilkin mərhələdə atılacaq addımları konkretləşdirin, gərəkli materialları alın. Sevdiyiniz insanların qayğısına qalın. Lakin onların yaşamına sərt müdaxilə etməyin. Güzəştə getməyi bacarın.

Oxatan - emosional baxımdan çətin, mürəkkəb gündür. Əhvalınız sürəkli dəyişəcək, real səbəb olmadan bədbinliyə qapılacasqınız. Narahatlıq və təlaşın əsiri olmayın. Kiçik problemləri və qurtula bilmədiyiniz müdaxilələri ürəyinizə salmayın. İşdə biliklərlə təcrübəni artırmağa, faydalı məlumatlar aramağa hazır olsanız, uğur qazanacaqsınız.

Oğlaq - İndiyədək qazandığınız təcrübə ilə kifayətlənməyin. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər və yeniliklər olmayacaq. Çətinliklər mümkündür, amma onları məntiqli və təmkinli şəkildə davranaraq dəf etmək çətin deyil. Əsas işi ikinci dərəcəli məsələdən ayırın. Axşam saatlarında etiraflar istisna deyil. Tanışlıq və əlaqələr çevrəsini genişləndirin.

Dolça - şəxsi münasibətlərdə fikir müxtəlifliyi, toqquşmalar yarana bilər. Öhdəliklərin bölüşməsi və fəaliyyət azadlığı ilə bağlı sərt mübahisə istisna deyil. İşlə maraqlana bilərsiniz.

Balıqlar - düzgün yanaşmada bütün problemləri həll etmək olar. Maraqlı səfər və ya səyahətə çıxmaq, həyat axarında dəyişiklik etmək olar. Romantik hisslər və ailə münasibətləri ilə bağlı məsələlərin çözümündə tələsməyin. Heç bir əsas olmadan bədbinliyə qapılmayın.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər