19 Fevral 2016 00:12
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ökədə, əvvəlki illərlə nisbətdə tədarük olunan qanın həcmi artıb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, nazirliyin təşkilatçılığı 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib.

Qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması müşahidə olunur. 2015-ci ildə qanvermə aksiyalarında 75184 nəfər iştirak etmişdisə, 2014-cü ildə analoji göstərici 72697 nəfər təşkil edib. Ümumilikdə, 2015-ci ildə 318 qanvermə aksiyası keçirilib. Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb. Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur. Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər