ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycan milli boks komandasının üzvləri ilə görüşüb.
Publika.az xəbər verir ki, diplomat Kolorado Sprinqsdə yerləşən ABŞ Olimpiya Komitəsinin tədris mərkəzinə yola düşmək üzrə olan komandamıza uğurlar arzulayıb.
Qeyd edək ki, ABŞ Olimpiya Komitəsinin tədris mərkəzi Olimpiya Komitəsi və Olimpiya Tədris Mərkəzi proqramları arasında flaqman funksiyası daşıyaraq aparıcı rol oynayır.