19 Fevral 2016 19:32
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə yaradılan Apellyasiya Şurasının əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib.

Axar.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Z.Məmmədovun müavini Arif Əsgərov Apellyasiya Şurasının sədri, nazirliyin tabeli qurumlarının rəhbərlərindən və nazirliyin Aparatının şöbə müdirlərindən ibarət 6 nəfər isə şuranın üzvləri təyin ediliblər.

Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.


Müəllif:

Oxşar xəbərlər