11 İyun 2014 17:29
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi rayonu ərazisində yaşayan məcburi köçkünlər ilə görüşəcək.

Dövlətqaçqınkomun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Əli Həsənov məcburi köçkünləri 17 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbul edəcək.

Qəbula yazılma saat 9.00-dan 10.00-dək Binəqədi Rayon İcra Hakimiyyətində təşkil ediləcək.

Qəbul saat 10.00 - dan başlayacaq.


Müəllif: