1 Mart 2016 18:33
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən maliyyələşdirilən “Torpaqların konsolidasiyası” layihəsinin hazırlanması məqsədi ilə seminar keçirilib.

Seminarda FAO-nun torpaqların konsolidasiyası üzrə beynəlxalq eksperti Morten Hartvigsen, Nazirliyin aidiyyəti məsul vəzifəli şəxsləri iştirak ediblər.

Ökəmizdə kənd təsərrüfatı təyinatlı torpaqların idarəçiliyi və torpaqların konsolidasiyası ilə bağlı nazirliyin strateji hədəfləri və gözlənilən nəticələr, eləcə də həlli vacib məsələlər və qarşıya qoyulmuş məqsədlər barədə geniş məlumat verilib və müzakirələr aparılıb.

Bundan sonra, torpaqların konsolidasiyası ilə əlaqədar FAO-nun eksperti Morten Hartvigsen təqdimatla çıxış edərək həyata keçiriləcək layihənin icra qrafiki və əhatə dairəsi, o cümlədən nəzərdə tutulan fəaliyyətlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, layihə 3 mərhələdə yerinə yetirilməklə əsasən torpaqların konsolidasiyası barədə mövcud qanunvericiliyin təhlili, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar milli strategiyanın hazırlanması, həmçinin pilot layihənin həyata keçirilməsi yolu ilə yerlərdə mövcud vəziyyətin daha detallı araşdırılması, kənd ərazilərinin inkişaf planlarının hazırlanması məsələlərini əhatə edəcək. Həmçinin layihə çərçivəsində seminarların və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

SEVİL


Müəllif:

Oxşar xəbərlər