2 Mart 2016 15:03
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işləri aparılır.

Bununla əlaqədar 02 mart 2016-cı il tarixində saat 00:00-dan Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə 24 saat müddətinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər