3 Mart 2016 18:40
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

19-21 mayda Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının irimiqyaslı regional forumu - Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“Caspian Agro 2016”) sərgisi keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) bildirilir ki, bu il öz 10 illik yubileyini qeyd edən sərgi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut edir.

KTN uzun illər ərzində “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Konfransın əsas qayəsi yerli mütəxəssisləri, eləcə də quşçuluq təsərrüfatlarının rəhbərlərini quşçuluq sahəsində mövcud olan innovativ texnologiyalar və yeni təmayüllərlə tanış etməkdir.

Bu il “Caspian Agro 2016” sərgisində Almaniya, Gürcüstan, İndoneziya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları iştirak edəcəklər.

Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarını öyrənmək istiqamətində ilk addımlarını atan yeni şirkətlər də öz məhsullarını təqdim edəcəklər. Ənənəvi olaraq, “Caspian Agro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycanın regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edərək bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradacaq.

Bu il “Caspian Agro” sərgisinə “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” adlı iki tamamilə yeni sektor daxil edilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər