7 Mart 2016 15:36
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Naftalan şəhərində keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, martın 11-dən 10-na keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Səlim Müslümov həmin gün saat 10:00-da Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində Naftalan və Mingəçevir şəhərlərinin, Goranboy, Yevlax və Ağdaş rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Naftalan və Mingəçevir şəhərləri, Goranboy və Yevlax rayonları üzrə (022) 336-09-40, Ağdaş rayonu üzrə (020) 213-15-51 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbula yazılan vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılacaq və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər