Gürcüstanın paytaxtı Tiflisdə martın 13-dən 18-dək NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində "məsləhətçi görüş" və martın 13-dən 19-dək "NATO-da hərbi tərəfdaşlığın koordinasiyası" üzrə növbəti işçi görüşlər keçirilir.
Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.