16 Mart 2016 13:12
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu ilin yanvar ayının 28-dən elan edilən müsabiqə mart ayının 4-də başa çatıb.

V. Səfərli müsabiqənin 15 istiqamət üzrə keçirildiyini söyləyib: "Müsabiqəyə 62 KİV-dən 155 yazı təqdim edilib. Yazılar 12 ekspert tərəfndən qiymətləndirilib. Müsabiqədə15 nəfər birinci, 30 nəfər ikinci, 45 nəfər isə üçüncü yerə layiq görülüb. Ümumilikdə müsabiqə iştirakçılarının 90 nəfərin mükafatlandırılması nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən birinci yerin qalibləri üçün 500, ikinci yerlər üçün 400, üçüncü yerlərin qalibləri 300 manat mükafat nəzərdə tutulub”.

V. Səfərli qeyd edib ki, bu günki tədbirdə iki və üçüncü yerlərin qalibləri mükafatlandırılacaq. Birinci yerləri tutan qaliblər isə Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə mükafatlandırılacaq. V. Səfərli müsabiqəyə təqdim edilən bəzi yazılarda köçürmə hallarının qeydə alındığını da söyləyib: "Çox təəssüf ki, həmin yazılar müsabiqədə qalib olmadıqda onların müəllifləri bunun səbəbi ilə maraqlanmırlar. Amma maraqlansaydılar biz onlara faktlarla haradan, internetdən hansı mənbələrdən köçürdüklərini göstərərdik".

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və yazıların qiymətləndirilməsində iştirak edən ekspertlər müsabiqəyə təqdim olunmuş yazılar barədə fikirlərini bildiriblər. Tədbirin sonunda qalib jurnalistlərə mükafatlar təqdim ounub.”

Qalib gələn jurnalistlər arasında "Gündəlik Teleqraf" MMC-yə daxil olan media qurumlarının əməkdaşları da var.


Müəllif:

Oxşar xəbərlər