Hüquq müdafiəçisi Səidə Qocamanlı jurnalist Rauf Mirqədirovun şərti cəza ilə azadlığa buraxılmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Səidə Qocamanlı Rauf Mirqədirovun azadlığa buraxılmasına sevindiyini bildirib: “Bu, Novruz bayramı ərəfəsində onun ailəsinə, həmkarlarına və biz hüquq müdafiəçilərinə ən böyük hədiyyə oldu. O gün olsun azadlığını gözlədiyimiz digər məhbuslar da bayramı evlərində qarşılasın. Hər halda əməyimiz hədər getmədi. Ona görə də biz öz fikirlərimizdə israrlıyıq - dialoq vacibdir”.
Cavidan