18 Mart 2016 14:59
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əfv sərəncamı ilə azadlığa çıxan məhkumlar arasında sovet-inqlabçısı Meyer Velkoviç Basinin nəvəsi Vladislav Mixayloviç Basin də dəvar.

Teleqraf.com xəbər verir ki, Basin İsrail vətəndaşıdır və cinayət törətdiyi üçün Ağır Cinayətlər İşlər üzrə Məhkəməsində 2007-ci ilin dekabrın 11-də məhkum olunub.

Meyer Velkoviç Basin bu gün Pentensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. O, törətdiyi əmələ görə peşman olduğunu və birdə cinayət törətməyəcəyinə söz verib.

Qeyd edək ki, Meyer Velkoviç Basin 10 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan Azərbaycan Beynəlxalq Bankının Xırdalan şöbəsinin müdiri Bəşir Hacıyev 6 il 6 ay, Fəxrəddin Süleymanov, Şahin Məhərrəmov 4 il 6 ay, Teymur Məhərrəmov 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyinin “Pinkod” əməliyyatı adı altında keçirdiyi əməliyyat zamanı həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 271.2.1-ci “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter informasiyasına qanunsuz olaraq daxil olma) maddəsi ilə ittiham olunublar.

Hacı Zeynalov

Fotolar: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər