18 Mart 2016 13:11
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə, müstəqil və peşəkar QHT-lərin inkişafına, onların fəaliyyəti bağlı şəffaflığın artırılmasına daim dəstək verir.

Dövlət qarşısında duran vəzifələrin həllində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi məqsədilə sistematik olaraq QHT-lərin fəaliyyətinin səmərli dəstəklənməsi, dövlət büdcəsindən cəmiyyət üçün vacib layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Bununla yanaşı, eyni zamanda QHT-lərin ölkədə şəffaf fəaliyyət göstərməsinə xüsusi əhəmiyyət verilir.

Eyni zamanda Azərbaycan hökuməti QHT-lərin üzləşdikləri problemlərin çevik həllinə yardım göstərir. QHT qruplarından, assosasiyalarından, bu sahə ilə işləyən müvafiq dövlət qurumlarından gələn siqnallara operativ reaksiya verilir.

Bu məsələlərdə Azərbaycan QHT koalisiyalarının xətti ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq nümunə göstərilə bilər. Belə ki, Mədən Sənayesində Şəffafığın Artırılması QHT Koalisiyasına üzv təşkilatlarla bağlı məhdudiyyətlər götürülüb. Koalisiyaya üzv təşkilatların nümayəndələrinə qarşı qaldırılmış cinayət işləri dayandırılıb. Koalisiya üzvlərinin donorlarla bağladığı bir sıra qrant müqavilələri qeydə alınıb. Koalisiya üzvlərinin fəaliyyətini mürəkkəbləşdirən digər maneələr aradan qaldırılıb.

Bu addımlar və qəbul edilən qərarlar Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi işinə sadiqliyini göstərir və bu məsələlərlə bağlı bir sıra dairələrin narahatlıqlarını aradan qalıdırır.

Bu addımlar Azərbaycan Respublikası maraqları naminə qarşıda duran vəzifələrin həlli üçün səylərin konsolidasiyasına yönəlib.

Mədən Sənayesində Şəffafığın Artırılması QHT Koalisiyası bundan sonra da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə töhfə verməkdə davam edəcək. Koalisiya bu istiqamətdə Azərbaycan hökuməti, müvafiq dövlət qurumları ilə əməkdaşlığını dərinləşdirməklə, bu sahədə qarşıda duran vəzifələrin daha səmərli yerinə yetirilməsi üçün çalışacaq.


Müəllif:

Oxşar xəbərlər