Azərbaycan Prezidenti İlham Əliyev İbrahim Mehdiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə İbrahim Əsgər oğlu Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, İbrahim Meydiyev Yasamal rayon icra hakimiyyətinin başçısıdır. Aprelin 1-də onun 70 yaşı tamam olur.