31 Mart 2016 19:12
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə Acaristan Muxtar Respublikasinin nüfuzlu “Adjara P.S.”qəzetində gürcü dilində “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı məqalə dərc edilib.

Konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, məqalədə qeyd olunur ki, XX əsrin əvvəllərində xalqımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törədib, on minlərlə soydaşımızı qətlə yetiriblər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı dövrlərdə də davam etdirilib, 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək azərbaycanlı şəhid olub, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulublar.

Qeyd edilir ki, erməni şovinistləri əsrlər boyu öz məkrli niyyətlərinə çatmaq üçün hər cür vasitəyə əl atmış, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törədiblər. Bu cinayətləri ört-basdır etmək üçün ermənilər özlərini məzlum və yazıq xalq kimi təqdim edir, qondarma “erməni soyqırımı” iddialarını irəli sürürlər.

Məqalədə həmcinin, Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunduğu da oxucuların diqqətinə çatdırılır.

O cümlədən, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilməsi, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi məqalədə oxucuların diqqətinə catdırılır.


Müəllif:

Oxşar xəbərlər