4 Aprel 2016 10:41
2 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Rusiyalı jurnalist İlya Barabanov işğal altında olan Dağlıq Qarabağa gəlib.

Teleqraf.com strateq.az-a istinadən bildirir ki, o, intensiv atəş altında olan ərazidən “Exo Moskvı” radiosuna vəziyyət barədə məlumatlar verib.

İ.Barabanovun sözlərinə görə, erməni separatçıları cəbhə xəttində yerləşən rayonlardan mülki sakinlərin evakuasiyasına başlayıblar. “Sakinləri Dağlıq Qarabağın cəbhədən uzaqda yerləşən yerlərinə evakuasiya edirlər”,-deyə İlya Barabanov bildirib.

Jurnalist qeyd edib ki, hər iki tərəfdən atəş səsləri kəsilmir. İ. Barabanov deyib ki, atəş nəticəsində zərər çəkənlərin dəqiq sayı bəlli deyil.


Müəllif:

Oxşar xəbərlər