4 Aprel 2016 11:00
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan olunması yolunda göstərdiyi qəhrəmanlıq dövlətini, millətini sevən hər kəsi sevindirir”.

Bu fikirlər Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin ölkə ictimaiyyətinə ünvanladığı müraciətdə qeyd edilib. O müraciətində bildirir ki, aprelin 1-dən 2-nə keçən gecə erməni hərbi dəstələrinin diversiya xarakterli hərəkətlərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçməsi bir daha ölkəmizin Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılmasında haqlı mövqeyini ortaya qoymuş oldu: “Yaşayış məntəqələrinin və təhlükəsizlik baxımından geri alınan yüksəkliklər hər bir azərbaycanlını qələbə sevincinə bir daha əmin etdi.

Təmsil etdiyim Qarabağ Seyid Ocaqları adından bu döyüşlər zamanı Azərbaycanın igid övladlarının şəhid olmasına üzülərək, onlara Uca Allahdan rəhmət və yaxınlarına səbir diləyirəm. Yaddan çıxarmayaq ki, onlar şəhid olmaqla Allah dərgahında ən uca zirvəni fəth etdilər. İndiki şəraitdə bütün xalqımızı mübariz olmağa, şəhidərimizin ruhunu sevindirəcək vətənpərvərlik ruhuna köklənməyə çağırıram. Düşmənlərimiz ana-bacılarımızı gözü yaşlı görməməlidi. Xalqımız hər zaman öz yüksək döyüş əhval-ruhiyyəsini nümayiş etdirməlidir”.

C.Əzimbəyli qeyd edib ki, dünyadakı mövcud geosiyasi vəziyyəti nəzərə alaraq hər bir ölkə vətəndaşı dövlətin yanında olmaqla, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməlidir: “Çünki biz bir olsaq, yumruq olsaq, heç bir güc Azərbaycana qarşı pis niyyətini, mənfur siyasətini həyata keçirə bilməyəcəkdir. Uca Allah Azərbaycan Silahlı Qüvvələrimizin hər bir zabit və əsgərini qorusun, rəbbimiz dövlətimizim düşmənlərinə fürsət verməsin! Allah-Təala doğma Qarabağımıza doğru yollarımızı tezliklə açıq etsin! Amin!”.


Müəllif:

Oxşar xəbərlər