15 Aprel 2016 18:21
2 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Atatürk Liseyində aprelin ilk günlərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş qarşıdurma zamanı şəhid olan hərbçilərimizin anma mərasimi keçirilib.

Mərasimdə Atatürk Liseyinin müəllim və şagirdləri, Azərbaycan Dövlət İqtisad Universitetindəki Türk Dünyası İşlətmə Fakültəsinin dekanı, “Mi-24” helikopterinin pilotu şəhid Təbriz Musazadənin atası Tariyel Musazadə, xanımı Pərişan Musazadə, oğlanları Tayfun və Onur, habelə həmin gün T.Musazadə ilə birgə səmaya qalxan pilotlar da iştirak edib.

Bakı Atatürk Liseyinin müdiri Ali Devrim çıxış edərək şəhidlərin ailəsinə başsağlığı verib. O, pilot T.Musazadənin ailə üzvlərinə üz tutaraq “Təbrizin əmanəti əmanətimizdir” deyib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının müavini, polkovniki Elşad Pənahov, Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müşaviri, polkovnik İbrahim Baytekin, hərbi pilot, mayor Rövşən Verdiyev, Hərbi Hava Qüvvələrinin kapitanı Ziya Əliyev, İşlətmə fakültəsinin dekanı doç.dr. Fərrux Tuzcuoğlu fikirlərini bölüşüblər. Duyguların coşub çağladığı törəndə iştirakçılar göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, şəhid T.Musazadənin oğlanları Atatürk Liseyində təhsil alırlar. Onur 2-ci, Tayfun isə 4-cü sinifdə oxuyur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər