Erməni silahlı birləşmələrinin ötən gecə təmas xəttində yerləşən mövqelərimizi ağır artilleriyalardan atəşə tutması nəticəsində Tərtər rayonunda 51 evə ciddi ziyan dəyib.
Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri Tərtər şəhəri də daxil olmaqla 11 kəndi atəşə tutub: "Nəticədə Tərtər şəhərində 11 evə ciddi ziyan dəyib. Bundan başqa, rayonun Qapanlı kəndində 2 ev, Yuxarı Qapanlıda 7, Hacı Qərvənddə 15, Qarağacı kəndində 11, Bala Səngərlidə 1, Buruc kəndində 3, Yuxarı Qaradağlıda 1 evə ciddi ziyan dəyib. Hazırda rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində dağılmış evlərin sayı dəqiqləşdirilir".
M.Məmmədov bildirib ki, hadisə nəticəsində rayon sakinləri arasında ölən və yaralanan olmayıb. (Trend)