28 Aprel 2016 21:01
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlarının İKT Klubu - FEMMES DIGITALES tərəfindən “Azərbaycanın Rəqəmsal Qızları: Parlaq gələcək” adlı tədir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, qadınlar İKT sahəsində bir araya gəlməlidirlər: “Müxtəlif tərəf müqabilində qadınların bir yerdə toplanması yaxşı haldır. Artıq 3 ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm. Müşahidələrim bunu deməyə əsas verir ki, Azərbaycanda İKT sahələrinə diqqət ayrılır. Bu kimi şəbəkə toplantıları ilə yaxşı münasibətlər qurmaq olar. Bu şəbəkə 200-ə yaxın ölkəni birləşdirir”.

Daha sonra tədbirdə çıxış edən ADA Universitetinin Texnologiyalar və İnnovasiyalar üzrə rektor müavini Muhammadu Kah bildirib ki, Azərbaycan neft və qaz asılılığından qorunmaq üçün bilik və bacarıqların, informasiya-telekommunikasiya texnologiyalarının inkişafına önəm verməlidir: “Fikrimcə, Azərbaycanda İKT-ni inkişaf etdirmək xeyli sayda iş yerləri yarada bilər. Artıq bu istiqamətdə addımlar atılıb və İKT sahəsində qızların əksəriyyəti təhsil alır”.

Muhammadu Kah bildirib ki, ixtisaslaşmış sahibkarları və beynəlxalq şirkətləri texnologiya sahəsinə cəlb etmək lazımdır: “Azərbaycanlı qadınlar erkən yaşlarından riyaziyyat və elmə diqqət yetirməlidirlər. Ümumdünya İKT gəlirlərinə dair statistik məlumatlara əsasən, 2016-cı ilin sonunadək İKT bazarının həcmi 3,663 mlrd. avrodan artıq olacaq”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər