Bakının Suraxanı rayonunda bir nəfər dənizdə batması barədə məlumat yayılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal FHN-nin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Hacı Zeynalov