6 May 2016 11:45
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.

Teleqraf.com xəbər verir ki, mayın 5-də Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli – mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihə çərçivəsində Təngəaltı kənd orta məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, “Seyidlər” məscidi dini icmasının sədri İdris Sultanov, Təngəaltı İƏD üzrə nümayəndə Rütəm Rzayev, kənd bələdiyyəsinin sədri Arif Ömərov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.

Tədbiri icma sədri İ.Sultanov açaraq bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi xalqımızın minillərlə qoruyub saxladığı adət - ənənələri yeni nəsillərə ötürməsi üçün təbliğat aparmaqdır. Natiq, eyni zamanda cəmiyyətdə mənfi qarşılanan dini radikalizmlə mübarizədə ənənəvi dindarlıqdan istifadənin üstünlüklərindən bəhs edib.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir.

Radikalizmlə mübarizə sahəsində dövlət ən ucqar kənd məscidlərinə də maliyyə yardımı ayırmaqda davam edir. E. Nurullayev qeyd edib ki, dindarlar və gənclər birlik nümayiş etdirməli, radikal qruplara qoşulmamalı və radikalizmin qarşısını almaq üçün hər zaman təhsillərini gücləndirməlidirlər.
Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar.

Bəkir


Müəllif:

Oxşar xəbərlər