6 May 2016 12:25
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnterAz televiziyasının yeni prezidentinin kim olacağı barədə danışmaq hələ tezdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Telekanalın idarə heyətinin üzvü Rəna Əkbərova deyib.

O bildirib ki, şirkət tərəfindən yaxın günlərdə məsələ ilə bağlı açıqlama veriləcək: “Onu deyə bilərəm ki, kanalın əsas ofisi Moskvada olduğu üçün rəhbər şəxs orada seçiləcək. Daha sonra rəsmi saytımızda bu barədə media üçün məlumat yerləşdiriləcək”.

Qeyd edək ki, İnterAz televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev mayın 3-də dünyasını dəyişib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər