16 May 2016 18:15
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə və mediada Azərbaycanın “Eurovision 2016” təmsilçisi Səmra Rəhimlinin geyimi geniş müzakirə mövzusuna çevrilib.

Müzakirələrdə təmsilçimizin açıq-saçıq geyimləri, milli ornamentlərdən, detallardan istifadə olunmaması kəskin təndiq olunub.

Ümumiyyətlə, bu cür dünya səviyyəli yarışlarda iştirak edən ölkə təmsilçiləri geyimləri necə və hansı prinsiplərə əsasən seçməlidirlər?

Sənətşünaslıq üzrə professor Səbirə Dünyamalıyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, belə qlobal tədbirlərdə millilik məsələsi əsas götürülmür: “Geyim müəllif geyimi olur, obrazı ifadə edir, milliliyi yox. Bu cür multukulturulizm şəraitində yaşaya-yaşaya belə yarışmalardakı geyimlərdə milli geyim elementləri tələb edə bilmərik. Heç bir ölkə bu elementləri geyimlərdə axtarmır.

Ona görə də bu kimi hallar çox normal qarşılanmalıdır. İndi zəmanə, şərait onu tələb edir. “Eurovision” musiqi yarışmasıdır, burda sadəcə səs effektinə fikir verilməlidir.

Unutmayaq ki, belə yarışlar milliyyətin təbliğatı deyil. Çünki orda ifa olunan musiqilər də milliyyətin təbliğatı kimi çıxış etmir”.

Açıq-saçıq geyimlərə gəlincə, sənətşünas nə Səmranın, nə də digər ifaçıların geyimlərində qeyri-adi heç nə görmədiyini bildirib: “Açıq-saçıqlığa qalsa bütün müğənnilər açıq-saçıq geyinib. Hətta çılpaq şəkillər də çəkdiriblər. Səmranın geyimi də bunlardan biri idi.

Sadəcə indi gündəmdədir deyə hamı danışır, amma bir azdan o da unudulacaq.

Bu, şou aləminə məxsus geyimdir”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər