11 İyul 2016 17:05
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşməkdə təqsirli bilinən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi ötən il Suriya və İraqda İŞİD-in tərkibində döyüşən Anar Mahmudov və Elvin Əsgərovu həbs edib. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə ittiham edilir.

Müəyyən edilib ki, Anar Mahmudov və Elvin Əsgərov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cumdul-Xilafə” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: