17 İyul 2016 20:13
524
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağcabədidə transformator yanıb Ağcabədi rayonunda yanğın hadisəsi baş verib. Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda "Azərişıq" ASC-yə məxsus gücü 100 kVt olan transformatorun yanar hissələri və yaxınlıqda vətəndaşa məxsus həyətyanı sahədə 350 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: