25 İyul 2016 20:52
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Rəna Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisəni törədən Fərhad Hüseynov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: