5 Avqust 2016 00:33
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində 44 yaşlı polis məmuru Harun Kaymaz ədliyyədə işləyən xanımı 42 yaşlı Neslihan və qızı 6 yaşlı Ecəmi tapança ilə öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ata 10 yaşlı oğlu Tarixi yaraladıqdan sonra intihar edib. Tarix xəstəxanaya çatdırılıb, onun durumunun ağır olduğu bildirilir.

Ehtimal edilir ki, Harun Kaymaz son günlər işindəki gərginliklə bağlı psixoloji problemlər yaşayıb və qətli də bu üzdən törədib.


Müəllif:

Oxşar xəbərlər