25 İyun 2014 15:45
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib

Baş Dövlət Yol Polis İdarəsindən veriln əmlumata görə, “Hyundai” markalı sərnişin avtobusu ilə “VAZ-21015” markalı avtomobil toqquşub.

Hadisə avtobus sürücüsünün maşını sürətlə idarə etməsi nəticəsində baş verib. Avtobus sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtobus qarşıda dayanan minik maşınına çırpılıb.

Qəza nəticəsində minik maşını tanınmaz hala düşüb. Maşında olan sürücü və sərnişin ağır yaralanıb. Xoşbəxtlikdə avtobusdakı sərnişinlər xəsarət almayıb./anspress/


Müəllif: