22 Avqust 2016 17:08
2 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində baş verib.

Gədəbəy rayon sakini, 35 yaşlı Fidani İsmayılov tanışı Əfsanə Məmmədovanın evinə girib. Keçmiş sevgilisinin gecə yarısı evə əlində bıçaqla soxulduğunu görən Əfsanə 14 yaşlı qardaşı Anarı qucaqlayıb ki, ona heç nə etməsin.

Bu zaman Fidani əlindəki bıçağı 14 yaşlı oğlanın ürəyinə sancıb. Daha sonra Əfsanəyə bir neçə bıçaq zərbəsi vuran Fidani evi tərk edib.

Hadisə vaxtı Əfsanə və qardaşı evdə tək olublar.

İlkin məlumata görə, Fidani İsmayılov Əfsanəni sevib. Amma Fidani sevgisinə cavab ala bilməyib. Bu səbəbdən də o, Əfsanəni öldürmək qərarına gəlib.

Bu məqsədlə evə gələn Fidani Əfsanə və onun yetkinlik yaşına çatmayan qardaşı ilə rastlaşıb. Fidani ilə Əfsanə mübahisə edib. Əfsanə qardaşının araya girdiyini görüb. Bu zaman Əfsanə qardaşını qucaqlayıb ki, ona heç nə olmasın.

Ancaq elə ilk zərbə 14 yaşlı Anarın ürəyindən dəyib. Anar adlığı zərbədən hadisə yerindəcə keçinib. Əfsanə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əfsanə Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fidani İsmayılov tutulub.

İstintaqa ifadə verən Fidani İsmayılov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, Əfsanənə ilə evlənmək istəyib. Amma Əfsanə onun sevgisinə hər dəfə rədd cavabı verib. Bundan əsəbləşdiyini deyən Fidani İsmayılov sonda bıçaqla əl atdığını qeyd edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qanlı cinayət hadisəsi avqustun 21-də baş verib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər