14 Sentyabr 2016 18:30
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kənan Heybətov dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Nadir Novruzov ifadə verib. O, hadisə zamanı təqsirləndirilən şəxslərdən Abbas Quliyevi zərərsizləşdirdiyini qeyd edib. Bildirib ki, Abbas Quliyevin bir əlində bıçaq, o biri əlində beşbarmaq olub: “Onun sağ cibindən qumbara, sol cibindən isə Taleh Bağırovun çağırış kitabı çıxdı. Onu həmin vaxt mən vurmamışam, Abbasa xəsarətləri də mən yetirməmişəm”.

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəməsi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kənan Heybətov ifadə verib.

O, Nardaran əməliyyatında iştirak etdiyini deyib: "Əməliyyat zamanı təqsirləndirilən Bəhruz Əsgərovu zərərsizləşdirmişəm. Onun əlində qumbara və beşbarmaq vardı. Zərərsizləşdirilərkən Bəhruz Əsgərovun ayağının arxa tərəfində yara gördüm".

Kənan Heybətov qeyd edib ki, əməliyyatda 20 polis iştirak edib.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər