Türkiyənin Əskişəhər bölgəsində 2-si qadın olmaqla 3 azərbaycanlı saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar tül pərdə satmaq bəhanəsi ilə getdikləri evlərdə heç kimin olmadığını müəyyənləşdirdikdən sonra qapını qıraraq içəri daxil olub, çoxsaylı oğurluq əməlləri törədiblər.
Oğrular Sümer məhəlləsində iş başında saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Samir