22 Sentyabr 2016 15:09
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Leyla Əkbərovanın məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

İttihama görə, Leyla Əkbərova Binəqədi rayon Polis İdarəsi narkotiklərlərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Leyla Əkbərova vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə zərərçəkmiş Ceyhun Tağıyev həyat yoldaşını işə düzəltmək üçün Leyla Əkbərovaya 9 min manat verdiyini bildirib.

Leyla Ceyhun Tağıyevdən pul almadığını deyib.

Zərərçəkmiş Aynur Cəfərova isə bildirib ki, Leyla Əkbərova anasına pensiyaya düzəltmək adı ilə ondan 3 min manat alıb.

Hacı Zeynalov


Müəllif: