30 İyun 2014 11:22

Bakının Binəqədi rayonunda mağazadan oğurluq edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq hadisəsi Bakı Beynəlxalq Avtovağzalda yerləşən mağazada baş verib.

Məlumata görə, hadisə yerindən pəncərəni açmaqla 50 manat, tütün məmulatları, danışıq kartları və şirniyyatlar oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvin Quliyev tutulub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...