Bu gün Bakı Apelyasiya Məhkəməsində müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçən prosesdə qərar elan edilib.
Mehman Səlimovun apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. Eyni zamanda Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğ Mehman Səlimovdan tutulacaq.
Hökmdən narazı qalan Mehman Səlimov apelyasiya şikayəti verib və nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb.
Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Hacı Zeynalov