15 Oktyabr 2016 19:05
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mağazalarda keyfiyyətsiz, istehlak müddəti bitmiş konfetlər satılır.

Axar.az xəbər verir ki, belə hadisə paytaxt sakininin başına gəlib. O, aldığı konfeti evə aparandan sonra məhsulun qurd basdığını görüb. Sakin malı geri qaytarıb pulunu alsa da, məhsulun istifadə müddətinin bitdiyi, saxlanma şəraitinin isə standartlara uyğun olmadığı aydınlaşıb.

Qeyd edək ki, konfet Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən birinin məhsulu olub və onlar hadisəyə münasibət bildirməkdən imtina ediblər. İqtisadiyyat Nazirliyindən Xəzər xəbər-ə verilən məlumata görə, belə faktla qarşılaşan şəxslər 195-2 çağrı mərkəzinə müraciət edərək hüquqlarını bərpa edə bilər.


Müəllif:

Oxşar xəbərlər