Gəncə sakini intihara cəhd edib.
Hadisə bu gün axşam saatlarında baş verib.
Gəncə sakini, 1989-cu il təvəllüdlü İsmayılov Röyal Vəli oğlu Bağbanlar qəsəbəsində bıçaqla özünə xəsarət yetirib.
O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyəti orta ağırdır.
Röyal İsmayılovun polis tərəfindən axtarışda olduğu üzə çıxıb.
Report.az