Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Natiq İbadov və əmisi oğlu Orxan İbadovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu il aprelin 9-da Səbail rayonunun Badamdar qəsəbəsində Şamaxı rayon sakinləri – Natiq İbadov və əmisi oğlu Orxan İbadov Bakı şəhər sakini Emin Fərzəliyevə bıçaqla hədə-qorxu gəliblər.
Onlar Emin Fərzəliyevin pulunu və mobil telefonunu alaraq qaçıblar. Əmioğluları Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşları yaxalayıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.
Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.
Hacı Zeynalov