Noyabrın 10-da Ermənistanın Şirak vilayəti Gümrü Regional Hərbi Komissarlığının əməkdaşı rüşvət alarkən saxlanılıb.
APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyanın məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü Regional Hərbi Komissarlığının 4-cü şöbəsinin rəisi mayor Artyom Marqaryan rüşvət alarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.