Azərbaycanlı avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətlinin sifarişçisi məlum olub.
Teleqraf.com xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarında çalışan şəxsin “Rosbalt” agentliyinə bildirdiyinə görə, “Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad İsmayılov oğlu aləmində Rövşən Lənkəraniskini o biri dünyaya göndərdiyini elan edib. O, bunu yaxın dostu, Moskvadakı evinin qarşısında güllələnərək öldürülən “göyərti kralı” Cambulat Şamiloğlunun qisasını almaq üçün etdiyini bildirib.
Qeyd edək ki, Lənkəranski ötən il avqustun 18-də Türkiyədə öldürülüb.
Kəmalə