Bakının Səbail rayonu ərazisində silahlı insident olub. Teleqraf.com xəbər verir ki, hadisə Fəvvarələr meydanında qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Elvin Rüstəmov odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. O xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Elvin Rüstəmovun pnevmatik silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığı bildirilir.
Məlumata görə, Elvin Rüstəmov Fəvvarələr meydanında təlim tir tüfənglərinin atışı salonunda işləyib. Günorta saatlarında tir tüfəngini silib təmizləyən zaman təsadüfən atəş açılıb və o, хəsarət alıb.
Faktla bağlı Səbail rayon Polis Idarəsində araşdırma aparılır.
Hacı Zeynalov