24 Yanvar 2017 10:44
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, Sabunçu qəsəbəsində 1983-cü il təvəllüdlü Eldəniz Eyvazov güllələnib.

O, xəsarətlə 3 saylı Sabunçu şəhər Xəstəxanasına gətirilib, vəziyyəti orta ağır qiymətləndirir. Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları məlumatlandırılıb.

Araşdırma zamanı məlum olub ki, silahlı insident borc pul üstündə baş verib. Cinayəti törədən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Seymur Şahəliyev Eldəniz Eyvazovun mağazasından 500 manatlıq soyuducu götürüb. Yanvarın 23-də, axşam saatlarında Eldəniz Eyvazov borcunu istəyib. Amma Seymur Şahəliyev bəhanə ilə pulu qaytaqmaq istəməyib.


Bu zaman Eldəniz Eyvazov Seymuru söyüb. Seymur isə özündə olan tapança ilə atəş açaraq, ona xəsarət yetirib. Həyata keçirilmiş əməliyyat nəticəsində Seymur Şahəliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər