Tərtər rayonunun Evoğlu kəndində dövlət idarəsindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Rayon Mexaniki Suvarma İdarəsinə məxsus 3 subartezian quyularından müvafiq olaraq 17, 55 və 30 metr elektrik kabelləri kəsilərək oğurlanıb.
Tərtər və Bərdə rayon polis şöbələri əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Səbuhi Əliyev və Xalid Tağıyev tutulublar.
Onların Soğanverdilər, Şahvəlilər, Xanərəb, Dəymədağlı, Hacalı-2, Mehdixanlı və Tağılar kəndələri ərazilərindəki subartezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamaları da müəyyən edilib.
Hacı Zeynalov