11 Fevral 2017 10:09
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda yanğın hadisəsi baş verib.

Teleqraf.com FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Balakürd kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 78 m2 olan yardımçı tikilinin tavan hissəsi 30 m2 sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Sumqayıt şəhərində də yanğın olub. Şəhər ərazisində taxtadan ibarət köşk, 4 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Müəllif: