Bakının Qaradağ rayonunda avtomobil oğrusunun tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil oğurluğunda şübhəli bilinən paytaxt sakini Adəm Həsrətli saxlanılıb.
O, fevralın 9-da Bakı şəhər sakini Yasin Qurbanova məxsus “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinir.
Həmin avtomobil Qızıldaş qəsəbəsi ərazisində tapılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov