9 İyul 2014 15:40
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın paytaxtı Mahaçqalanın sabiq meri Səid Əmirov həbs edilib.



Şimali Qafqaz Federal dairə məhkəməsi sabiq meri qanunsuz silah dövriyyəsində və qəsdən adam öldürmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Səid Əmirova ciddi rejimli cəzaçəkmə müəssisəsi təyin edilib. O, bütün dövlət mükafatlarından məhrum edilib. Məhkəmə sabiq merlə yanaşı onun bacısı oğlu Yusup Caparova da hökm oxuyub.

O, qanunsuz silah dövriyyəsində və qəsdən adam öldürmədə Səid Əmirovla əlbir olmasında təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib

/ans press/


Müəllif:

Oxşar xəbərlər