25 Fevral 2017 22:39
5 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində rüsvayedici məlumatlar yaymaqla pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşdan şantajla pul tələb etməkdə şübhəli bilinən şəhər sakini Abduləziz Bəşirov tutulub.

Abduləziz Bəşirov 2016-cı ilin aprel-may aylarında barəsində rüsvayedici məlumatlar yayacağı ilə Şirvan şəhər sakini Ə.X.-nı hədələyib.


Bildirib ki, onda Ə.X. barəsində rüsvayedici məlumatlar var. O, gənc oğlanı həmin məlumatları sosial şəbəkədə, internetdə yaymaq, dost-tanış arasında danışmaq, video-foto şəkilləri göstərməklə hədələyib.
Abduləziz Bəşirov ondan ümumilikdə 400 manat və 2.000 ABŞ dolları alıb.

Sonradan o, Ə.X.-nı yenidən hədələməyə başlayıb. Gənc oğlan ona verməyə pulu olmadığı üçün Şirvan şəhər polis şöbəsinə şikayət edib. Şikayət əsasında qurulan əməliyyatla şantaj edən şəxs məsuliyyətə cəlb olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər