Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Heydərov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Elşən Heydərovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin ağöır olduğu bildirilir.
Elşən Heydərovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Polis onu bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün tədbir görürülər.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov